+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Eynək, lens və lazer

Uşaq üçün eynək necə seçilməlidir? Valideynlərə tövsiyələr

Uşaq üçün eynək seçərkən çərçivənin ölçüsü və forması, elastik çərçivə və qırılmaz şüşələr, uşağın fikrinin nəzərə alınması və müayinə tezliyi.

Görmə cədvəlinin hərfləri üstündə eynək

Uşaqlarda eynək seçimi çox önəmlidir. Eynək aydın görməni təmin etdiyi kimi, görməyə mane olmamalıdır. Belə ki, düzgün seçilməmiş çərçivələrdə uşaq eynəkdən kənar hissələrdən (eynəyin gözü örtmədiyi) baxmaqla eynəyin görməyə edəcəyi yardımı əngəlləmiş olur. Bu baxımdan uşaqlara eynək seçərkən diqqətli olmaq lazımdır. Eynək uşağın üzünün ölçüsünə uyğun olmalı, gözün önünü tam tutmalı və rahat olmalıdır. Eyni zamanda eynəyi uşaqla birgə seçmək, onun fikrinə önəm vermək lazımdır. Eynək uşağın sevimli aksesuarına çevrilməlidir. Qeyd edim ki, uşaqlarda dairəvi çərçivələr daha uyğundur.

Uşaqlarınıza eynəyi bəyəndirmək üçün eynək seçimində onların da fikri ilə maraqlanın və canlı rəngli çərçivələr seçin. Xüsusən 2-6 yaş arasında və ilk eynəklərdə daha ucuz eynəklər seçə bilərsiniz, çünki bu eynəklərin qırılma ehtimalı çox olur. Təbii ki, uşağa zərər gəlməməsi üçün elastik çərçivə və qırılmaz orqanik şüşələr ilk seçiminiz ola bilər.

Uşaqlarda eynək nömrələrinin daha tez dəyişməsi səbəbi ilə hər 6 ayda bir müayinə olunmalıdır.

Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç