Göz sağlamlığı bələdçisi
Dr. Leyla Babayevanın Instagram-da paylaşdığı yüzlərlə maarifləndirici yazının əsasında hazırlanmış qısa bələdçi. Hər bölmə həkimə nə vaxt müraciət etməli olduğunuzu da göstərir.
Bölmələr
Gözlər haqqında altı fakt
Gözün torlu qişası bədəndə həkimlərin cərrahi müdaxilə olmadan qan damarlarını birbaşa görə bildiyi yeganə hissədir.
ƏtraflıKeratokonus 95% hallarda bir gözdən başlayır, lakin sonda adətən hər iki gözü zədələyir.
ƏtraflıNüvə kataraktası olan xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görə bilər.
ƏtraflıI tip diabetdə göz əlamətləri diaqnozdan təxminən 5 il sonra yaranır, II tipdə isə diaqnoz anında artıq ola bilər.
ƏtraflıTorlu qişa qopmasının müddəti 2 həftədən çox deyilsə, görməni qorumaq şansı saxlanılır.
ƏtraflıYenidoğulanlarda gözün yaşarmasının ən çox rast gəlinən səbəbi göz yaşı kanalının tutulmasıdır.
ƏtraflıMiflər və faktlar
Kartın üzərinə toxunun və faktı oxuyun.
Gözlər üçün faydalı qidalar
Yaşla əlaqədar gözlərin zəifləməsi prosesini bəzi qidalar ləngidə bilər. A, C və E vitaminləri, lütein, zeaksantin, sink və selen ilə zəngin qidalar gözləri gücləndirir. Bu qidalar müalicəni əvəz etmir.
- Kök
- A vitamini və beta-karotin; görmə itiliyini qoruyur.
- Qaragilə
- B və C vitaminləri; görmə yorğunluğunu azaldır.
- Qara şokolad
- Flavonoidlər göz damarlarını qoruyur.
- Balqabaq
- Lütein, zeaksantin, A və C vitaminləri, sink.
- Ispanaq və yaşıl tərəvəzlər
- Lütein və zeaksantin; makulanı mavi işığın təsirindən qoruyur.
- Yumurta sarısı
- Lütein və zeaksantin.
- Balıq
- Omeqa-3 yağ turşuları; quru göz sindromunu azaldır.
- Qoz-fındıq
- Omeqa-3 və E vitamini.
- Sitrus meyvələri və brokoli
- C vitamini; katarakta riskini azaldır.
- Şirin kartof
- A vitamini; gecə görməsi üçün vacibdir.
20-20-20 qaydası
Ekran gözü zədələmir, lakin uzun müddət baxanda göz qırpma azalır, gözlər quruyur və yorulur. Uşaqlarda isə yaxın məsafədə uzun iş və açıq havada az vaxt keçirmək miopiyanın inkişafı ilə əlaqələndirilir.
- Hər 20 dəqiqədən bir20 saniyə ərzində 6 metr, yəni təxminən 20 fut uzağa baxın.
- MəsafəEkranı gözdən 50–70 sm uzaqda və göz səviyyəsindən bir qədər aşağıda saxlayın.
- İşıqEkranın parlaqlığını otağın işığına uyğunlaşdırın, qaranlıqda telefona baxmayın.
- UşaqlarGündə ən azı 1–2 saat açıq havada vaxt keçirsinlər.
Açılış tarixini yazın
Bir çoxumuz damcının üzərindəki son istifadə tarixinə güvənirik. Lakin flakon açıldıqdan sonra bu müddət dəyişir: vaxtı keçmiş damcı çirklənə və göz üçün ciddi risk yarada bilər.
Damcıdan düzgün istifadə qaydasıFlakonu açdığınız tarixi qeyd etmək və istifadə müddətini təlimatdan yoxlamaq göz sağlamlığınız üçün həyati əhəmiyyət daşıyır. Əksər çoxdozalı damcılar açıldıqdan sonra təxminən 4 həftə istifadə olunur.
Hər fəslin öz riski
Quruluq və külək
Soyuq, quru hava gözün səthindəki nəmi tez buxarlandırır, külək gözü daha da qurudur. Qışda belə günəşin UV şüalarına məruz qalırıq, ona görə günəş eynəyi bu fəsildə də vacibdir.
Allergiya və günəş
Çiçəklənmə dövründə allergik konyunktivit artır. Güclü günəş pterigium və katarakta riskini yüksəldir: UV400 qoruyuculu günəş eynəyi taxın.
Tütünün gözə vurduğu gizli zərər
Siqaret katarakta və yaşa bağlı makula degenerasiyası riskini artırır, quru göz sindromunu ağırlaşdırır və diabetik retinopatiyanın gedişini pisləşdirir. Siqareti tərgitmək gözlər üçün atılan ən faydalı addımlardan biridir.
Siqaret tüstüsü yalnız çəkənin deyil, yanında olanların da gözlərini qıcıqlandırır və quruluğu artırır.
Hamiləlikdə göz dibi müayinəsi
Hamiləlik dövründə göz dibinin müayinəsi vacibdir. Bəzi göz xəstəliklərində doğuş üsulu barədə qərar oftalmoloqun rəyi nəzərə alınmaqla mama-ginekoloqla birlikdə verilir. Belə hallara aşağıdakılar aid ola bilər:
- Göz dibində, torlu qişada qopma və ya cırılma
- Əvvəllər torlu qişa qopmasına görə əməliyyat və ya buynuz qişa köçürülməsi
- Keratokonusun 3–4-cü mərhələsi
- Şəkərli diabetə bağlı göz dibində qansızma və ya qopma
- Sürətlə proqressivləşən yüksək miopiya və göz dibində kobud dəyişikliklər
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.
Gözləriniz gözləməsin
Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.
Qəbul cədvəli
- Bazar ertəsi, çərşənbə, cümə
- 09:00–14:00
- Çərşənbə axşamı, cümə axşamı
- Əməliyyat günləri
- Şənbə, bazar
- Qəbul yoxdur
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç