Smartfonlar çəpgözlüyün səbəbi ola bilərmi?
Cənubi Koreya alimləri uşaqların davamlı smartfon istifadəsi və göz çəpliyi arasında qəribə bir əlaqə aşkarlamışlar.
Smartfonların davamlı istifadəsinin uzağı görməni zəiflətdiyi artıq hamıya məlumdur. Hazırda isə alimlər göstərmişlər ki, həddən artıq telefon, planşet istifadəsi çəpgözlüyə səbəb ola bilər. Təcrübələr zamanı müəyyən olunmuşdur ki, gün ərzində 4 saatdan çox, həmçinin smartfonlara yaxından (20-30 sm) baxma məktəbyaşlı uşaqlarda daxili çəpgözlük yarada bilər.
Bu zaman 2 ay müddətində smartfon istifadəsinin qadağan olunması çox hallarda gözlərin normallaşması ilə nəticələnmişdir.
Araşdırmalar zamanı 5 yaşına qədər uşaqlarda çəpgözlük yaranma riskinin daha çox olduğu müəyyənləşdirilmişdir.
Bu problemlərlə üzləşməmək üçün uşaqlara 30 dəqiqədən artıq göz gərginliyinə icazə verilməməlidir.
Lazerli oyuncaqlar torlu qişaya neqativ təsir edərək görmə funksiyasını zəiflədə bilər. Buna görə bu təhlükələrdən uşaqlarınızı qorumaq çox vacibdir. Mütəmadi olaraq gözün lazer şüaları ilə təmasda olması tədricən görməni zəiflədə və torlu qişada dəyişikliklərə səbəb ola bilər.
Əziz valideynlər, uşaqlarınıza oyuncaq seçərkən ehtiyatlı olun. Unutmayın ki, uşaqlarımızın sağlam gələcəyini təmin etmək bizim borcumuzdur.
Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



