+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Quru göz və infeksiyalar

Kompüter görmə sindromu: ekran gözləri necə yorur?

Ekran qarşısında gözlərin niyə quruyub qızardığı, kompüter görmə sindromunun əlamətləri, ekranın düzgün yerləşdirilməsi və göz üçün fasilələr.

Kompüter qarşısında gözlərini ovuşduran kişi

Son zamanlar yaranan xəstəliklər arasında “kompüter görmə sindromu” (Computer Vision Syndrome) deyilən bir xəstəlik var. Bu xəstəliyə kompüter qarşısında uzun müddət əyləşən insanlarda rast gəlinir. Yəni fasiləsiz şəkildə yaxına baxan şəxslərdə bir müddət sonra uzaq görmə problemləri yaranır. Bu xəstəlik yeniyetmələr arasında özünü daha qabarıq göstərir. Bunun da səbəbi yeniyetmələrin fasiləsiz olaraq uzun müddət kompüter oyunları oynamasıdır. Kompüter görmə sindromu təkcə uzağı görmə problemini deyil, “quru göz sindromu” deyilən xəstəliyin də yaranmasına səbəb olur. Gözün qızarması, qıcıqlanması, yaşarması quru gözün əsas əlamətlərindəndir. Uzun müddət mobil texnikadan fasiləsiz şəkildə istifadə edən şəxslərdə quru göz sindromu yaranır.

Gözdə qızarma, yanma hissinin daha çox kompüterlə çox təmasda olan insanlarda qeydə alınmasının səbəbi əslində kompüterdən çıxan şüalar deyil. Kompüterin şüaları gözlər üçün o qədər də ziyanlı deyil. Kompüterlə işləyəndə və digər göz diqqəti tələb edilən işlərdə gözün qırpma sayı azalır. Gözdə buynuz qişanın üzərində olan film təbəqəsi deyilən bir təbəqə var, bu təbəqə gözü nəm saxlayır. Qırpma azaldığı üçün orada buxarlanma yaranır, bu isə gözdə yanma, qızarma hallarına gətirir. Bunun qarşısını almaq üçün süni göz damcılarından istifadə etmək olar.

Amma bəzən ağır bir xəstəlik də bu əlamətlərlə başlayır. O səbəbdən yaxşı olar ki, həkimə müraciət edilsin, həkim məsləhəti ilə addım atılsın.

Kompüterlə çox təmasda olan şəxslər arabir özlərinə göz qırpma kimi vərdişləri təlqin etməlidirlər. Yorğunluq hiss edəndə gözləri yumub istirahət də etmək olar. Gözləri uzaq məsafəyə dikib baxmaq da yorğun gözlərin dincəlməsinə şərait yaradır.

Kompüter ekranı qarşısında çox vaxt keçirirsinizsə, gözlərdə yorğunluq və quruluq əmələ gəlir. Çünki ekrana baxan zaman biz gözümüzü iki dəfə az qırpırıq.

Gözlərimizi qorumaq üçün nə etməliyik?

  • Ekran göz səviyyəsindən bir qədər aşağıda, təxminən 60 sm aralı olmalıdır.
  • Antiblik (parıltıya qarşı) qoruyucu istifadə etsək, gözümüzü ekrandan bir qədər qorumuş olarıq.
  • Hər 20 dəqiqədən bir göz üçün məşq edin: kompüterdən 6 metr uzaqda olan hər hansı bir əşyaya 20 saniyə ərzində baxın.

Daha ciddi problemlər zamanı isə oftalmoloqa müraciət edin.

Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç