+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Katarakta

Kataraktanın əlamətləri: görmə necə dəyişir?

Kataraktanın ilk əlamətləri, bulanıqlığın büllurdakı yerindən asılı olaraq görmənin necə dəyişdiyi və körpələrdə anadangəlmə kataraktanın göstəriciləri.

Eynəklə kitab oxuyan yaşlı kişi

Katarakta görmə keyfiyyətində azalma və rənglərdə solğunlaşma kimi şikayətlərlə ortaya çıxan və xəstənin gündəlik həyatını ciddi dərəcədə çətinləşdirə bilən önəmli bir göz xəstəliyidir. Xüsusilə irəli yaşlarda daha çox görülən katarakta erkən diaqnoz və düzgün müalicə ilə uğurla həll olunan problemdir.

Katarakta orta hesabla 55-60 yaşlarda göz bəbəyində cüzi bir matlaşma və sərtləşmə ilə başlayır. Göstəriciləri arasında rənglərin canlılığında və görmə keyfiyyətində azalma, maşın işıqlarında narahat olma, alaqaranlıqda və dumanlı havalarda detalları görə bilməmək vardır. Katarakta xəstələri rəngləri daha çox pastel tonlarında görür. Katarakta hər yaşda yarana bilir, hətta körpələr kataraktalı doğula bilir. Katarakta dərman preparatları və eynəklə müalicə oluna bilməz, xəstəliyin tək müalicəsi cərrahi əməliyyatdır.

Kataraktanın əlamətləri:

  • Görmənin tədricən zəifləməsi
  • İşığa həssaslığın artması (gözlərin qamaşması)
  • İkili görmə
  • Oxumanın çətinləşməsi
  • Gecə görmənin zəifləməsi
  • Rəngləri solğun və ya sarımtıl görmə
  • Göz önündə ləkələrin görünməsi
  • Eynək nömrələrinin sürətlə dəyişməsi

Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.

Bulanıqlıq büllurun qabığında lokalizasiya olunursa (kortikal katarakta), görmə zəifliyi demək olar ki, dəyişmir. Belə halda xəstəlik çox gec proqressivləşir.

Yenidoğulmuşlarda katarakta (kongenital katarakta) ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar və ya qəbul etdiyi dərmanlarla bağlı yarana bildiyi kimi, heç bir aşkar səbəb olmadan da meydana çıxa bilər. Körpədə bəbəyin birinin digərindən fərqli olması və ya çəplik kataraktanın əlaməti ola bilər. Uşaqlarda bu əlamətlər görünən kimi həkimə müraciət etmək lazımdır. Əgər görmə zəifliyi və xüsusilə bir gözdə katarakta varsa dərhal əməliyyat olunmalıdır. Əməliyyatın vaxt baxımından vacibliyi gözdə tənbəlliyin (ambliopiya) yaranma riskinin olmasıdır.

Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikli fakoemulsifikasiya ilə xaric edilməsi və süni linza implantasiyası.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç