Katarakta dərmanla və ya eynəklə müalicə edilə bilən bir xəstəlik deyil. Kataraktanın irəliləməsini saxlamaq üçün təsir edici bir metod yoxdur və tək müalicəsi əməliyyatdır.
Müasir üsulların inkişafı ilə katarakta əməliyyatı əksər hallarda iynəsiz, narkozsuz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Katarakta əməliyyatında diqqətli olmağınızı tələb edən bəzi ünsürlər vardır. Həkimin təcrübəsi və göz içinə qoyulan linzanın keyfiyyəti əməliyyatın uğurlu olmasına birbaşa təsir edir. Keyfiyyətsiz linzalarla edilən əməliyyatdan sonra gözdə müxtəlif komplikasiyalar yarana bilər ki, bu halda bir müddət sonra ikinci dəfə əməliyyat tələb oluna bilər.
Əməliyyat FAKO (fakoemulsifikasiya) metodu ilə həyata keçirilir. Bu üsulda əməliyyat üçün kataraktanın inkişaf etməsini gözləməyə ehtiyac olmadığı üçün xəstə uzun müddət az görərək yaşamaq məcburiyyətində deyil.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikli fakoemulsifikasiya ilə xaric edilməsi və süni linza implantasiyası.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



