- Uşaqlarda ilk göz müayinəsi nə zaman aparılmalıdır?
Uşaqlarda ilk göz müayinəsi doğulan anda, doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli vəziyyət varsa, uşaq dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Qalan hallarda, heç bir problem olmasa belə, müayinə 1, 3, 5 və 7 yaşlarda aparılmalıdır.
- Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri
Uşaqlarda ən çox gözün sınma qüsurları (miopiya, hipermetropiya və astiqmatizm) və çəplik rast gəlinir. Bundan başqa göz tənbəlliyi, ptoz, iltihabi xəstəliklər, burun-göz yaşı kanalının tutulması, göz içi xəstəlikləri, anadangəlmə katarakta və s. də təsadüf edilir.
- Uşaqlarda göz xəstəliklərinin əlamətləri
Gözləri qıymaq, televizora yaxından baxmaq, cisimləri gözə yaxın tutmaq, çəplik, gözlərin qızarması, sulanması, qapaqların şişməsi, baş ağrısı və s. Belə hallar olarsa, göz həkiminə müraciət edin.
Uşaq göz müayinəsi necə aparılır?
Uşaqların müayinəsi böyüklərə nisbətən bir az çətinlik törədir. Uşaqlara əvvəlcə cizgi filmləri göstərərək onları sakit vəziyyətdə müayinə edirik. Çıxılmaz hallarda anestezioloji tədbirlərə müraciət edirik.
Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



