Mənə gələn ən aktual suallardan biri: LASIK əməliyyatı nədir və necə aparılır?
LASIK əməliyyatı ekzimer lazer ilə gözün buynuz qişasının (korneanın) relyefinin düzəldilməsi və sınma qüsurlarının aradan qaldırılmasıdır. Məsələn, astiqmatizmdə gözə gələn işıq retinada birdən çox nöqtəyə düşür və görüntü əyilmiş və ya qırılmış formada alınır. Bu əməliyyat üçün minimal yaş həddi 18-dir. Əgər bu yaşda gözün refraktiv göstəriciləri 1 il ərzində dəyişməz qalırsa, artıq əməliyyat mümkündür.
Lazer əməliyyatı dünyada ən çox yayılan və etibarlı əməliyyat növlərindən olsa da, hamıya tətbiq olunmur. 18 yaşına çatmayan insanlarda bu əməliyyatın aparılması düzgün deyil. Miopiya, hipermetropiya və astiqmatizmin cərrahi müalicəsində ən çox istifadə edilən üsul lazerdir. Bir çox insanlar bu üsulla eynəkdən və göz zəifliyindən azad ola bilərlər. Bu müalicəni xəstəmizə tətbiq etməyimiz üçün ilk şərt yaşının 18-dən yuxarı olması və eynək, linzadan istifadə etməsidir. Sonra gözün zəiflik dərəcələrinin son 1 ildə çox dəyişməmiş olması, kornea toxumasının qalınlığının uyğunluğu, diabet, revmatizm kimi sistem xəstəliklərinin olmaması, gözlərində başqa hər hansı bir xəstəliyin (korneanın sivriləşməsi – keratokonus, göz təzyiqi və s.) varlığı araşdırılır. Lazer üçün gələn xəstə bu şərtlərə uyğun deyilsə, əməliyyat edə bilmərik.
Əlaqəli xidmətEynəkdən azad olmaMiopiya, hipermetropiya və astiqmatizmdə eksimer lazer və digər refraktiv üsullar.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



