+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Eynək, lens və lazer

Astiqmatizm nədir? Səbəbləri, əlamətləri və növləri

Astiqmatizmin yaranma mexanizmi, bulanıq görmə və baş ağrısı kimi əlamətləri, korneal və lentikulyar növləri və göz tənbəlliyi riski.

Sınaq çərçivəsi ilə eynək seçimi

Görmə qüsuru haqqında düşünəndə, astiqmatizm adətən diqqətdən kənarda qalır. Amma sizcə niyə bəzi insanlar uzağı və ya yaxını kölgəli kimi görürlər?

Astiqmatizm nədir?

Gözün ön hissəsi olan buynuz qişanın qeyri-düzgün forması səbəbindən işıq torlu qişaya düzgün fokuslanmır. Nəticədə, hər şey bulanıq və ya əyilmiş görünür.

Əlamətləri tanıyın:

  • Bulanıq və ya kölgəli görmə
  • Göz qıcıqlanması
  • Kitab oxuyanda göz yorğunluğu
  • Gecə maşın idarə etməkdə çətinlik
  • Baş ağrısı

Astiqmatizm gözün refraktiv qüsurlarından biri olub yaxın və uzaq məsafəni dumanlı görməklə xarakterizə olunur.

Gözə düşən işıq şüaları gözün buynuz qişa, büllur, vitreus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözün daxili qatında fokuslanır. Astiqmatizm zamanı vahid fokus nöqtəsi olmur və o üzdən həm yaxın, həm də uzaq görmə qarışıq, yayğın şəkildə olur.

Astiqmatizmin korneal və lentikulyar növləri vardır. Korneal astiqmatizm anadangəlmə olur və ya sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yarana bilər.

Əlaqəli xidmətEynəkdən azad olmaMiopiya, hipermetropiya və astiqmatizmdə eksimer lazer və digər refraktiv üsullar.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç