Sual: Müəyyən yaşdan sonra görmə qabiliyyəti zəifləyirmi?
Cavab: Qırx yaşa qədər emmetrop, yəni 100% görməsi olan şəxslərin bu yaşdan sonra yaxını görməsi zəifləyir. Belə olan halda bu insanlara çox yüngül eynəkdən istifadə etmək məsləhət görülür. Yaş artdıqca bu eynəklərin gücü tədricən artırılır.
Bu, gözün içində büllurun bərkiməsindən əmələ gələn fizioloji prosesdir, xəstəlik deyil və qarşısını almaq mümkün deyil.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



