Tor qişanın qopma səbəbləri müxtəlifdir. Buraya miopiyanın bütün dərəcələri, travmalar, ağır fiziki yüklənmələr və digər xəstəliklər (məsələn, tor qişanın diabetik patologiyası, qan sızmaları və s.) aiddir.
Tor qişa qopmasının əlamətləri:
- Görmənin zəifləməsi;
- Görmə sahəsinin daralması;
- Sayrışan nöqtələrin əmələ gəlməsi;
- Göz önündə pərdənin yaranması;
- Yan görmənin qəfil itməsi;
- Əşyaların deformasiyalı və ya ləngərli görünməsi.
Gözün bütün qişalarının biomikroskopla müayinəsi çox vacibdir. Torlu qişanın ətraflı müayinəsi xüsusilə əhəmiyyətlidir. Bir çox torlu qişa xəstəliklərində erkən diaqnostika çox önəmlidir, müalicə və nəticənin proqnozu erkən diaqnostikadan çox asılıdır. Torlu qişanın periferik xəstəlikləri heç bir əlamətlə özünü büruzə verməyə bilər. Periferik distrofiyalar çox təhlükəli sayılan tor qişa qopmaları ilə nəticələnə bilər. O səbəbdən vaxtında diaqnostika ilə ağırlaşmaların qarşısı alına bilir.
Əlaqəli xidmətRetina və diabetDiabetik retinopatiya, makula xəstəlikləri, intravitreal anti-VEGF inyeksiyaları, torlu qişa qopması.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



