Retina (torlu qişa) göz almasının arxa divarını divar kağızı kimi örtən və görmə hüceyrələrindən əmələ gələn təbəqədir. Retinada əmələ gələn xəstəliklər görmə duyğumuza ciddi təsir edir.
Retina xəstəliklərinin əmələ gəlməsi aşağıdakı faktorlardan asılıdır:
- Şəkər və yüksək təzyiqə bağlı qanamalar
- Retina damar tıxanmaları
- Retina qopmaları (yırtıqlar)
- Sarı nöqtə xəstəliyi
- Anadangəlmə retina xəstəlikləri
- Retina altında maye toplanması, retina ödemi
- Göz içinə girən yad cisimlər
- Makula dəlikləri
- Vitreoretinal səthi pozuqluqlar
- Retina şişləri
Retina xəstəliyinin əlamətləri:
- Ani və ya yavaş görmə itkisi
- Qırıq – əyri görmə
- İşıq çaxmaları
- Göz önündə uçan cisimlər (uçan həşərat)
- Görmənin pərdələnməsi
- Gəlib keçən və qısa müddətli görmənin itməsi
Əlaqəli xidmətRetina və diabetDiabetik retinopatiya, makula xəstəlikləri, intravitreal anti-VEGF inyeksiyaları, torlu qişa qopması.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



