Arqon lazer fotokoaqulyasiya diabetik retinopatiya (şəkər xəstələrində göz dibi dəyişikliyi), yüksək dərəcəli miopiya (mənfi eynək nömrəsi), retinal yırtıqlar (gözün arxa hissəsində müxtəlif səbəblərdən yaranan yırtılmalar) və s. zamanı istifadə olunan effektiv və adətən ağrısız müalicə üsuludur.
Yerli keyləşdirmə (göz damcısı damızdırma) ilə oturaq vəziyyətdə icra edilən bu əməliyyat zamanı xəstənin göz dibinin lazım olan sahələri lazer şüaları vasitəsi ilə bərkidilir.
Əlaqəli xidmətRetina və diabetDiabetik retinopatiya, makula xəstəlikləri, intravitreal anti-VEGF inyeksiyaları, torlu qişa qopması.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



