+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Göz qapağı və pterigium

Xalazion və arpacıq: göz qapağında şişkinliyin səbəbləri

Xalazionun meybomi vəzinin tutulması, arpacığın isə infeksiya ilə yaranması, onların fərqli əlamətləri, müalicə yolları və təkrarlanma səbəbləri.

Yaşıl gözün və kirpiklərin yaxın planı

Səhər yuxudan oyananda göz qapağında şişkinlik görmüsünüz? Çox həyəcan keçirməyə dəyməz. Bu sadəcə meybomi vəzinin axacağının tutulması ola bilər.

Xalazion göz qapaqlarında olan xəstəliklərdən ən çox rast gəlinəndir. Belə bir hal hər iki gözdə eyni vaxtda da ola bilər.

Xalazion və itdirsəyi (arpacıq) eyni problem deyil. İtdirsəyi adətən infeksion mənşəli olur, stafilokokk tərəfindən törədilir. Kirpiklərin tük hissəsinin iltihabı olduğu üçün iltihaba məxsus bütün əlamətlər - şişkinlik, hiperemiya, ağrı, irinləmə müəyyən olunur. İtdirsəyi adətən immun sisteminin zəifləməsi fonunda, soyuqlama, stress, kəskin respirator xəstəliklər kimi faktorların təsirindən əmələ gəlir. Xalazionun əmələ gəlmə səbəbi isə meybomi vəzilərinin axacaqlarının tutulmasıdır. Meybomi vəziləri gözləri nəmləndirən və qoruyan yağa bənzər sekret hazırlayır. Həmin sekret həddindən artıq qatı olsa və yaxud meybomi vəzilərində əvvəllər hər hansı səbəbdən iltihabi proseslər baş veribsə, xalazion əmələ gələ bilər. Xalazion palpasiyada hərəkətli olur, dəriyə bitişmir. Dəridə şişkinlik, qızartı və toxunanda ağrı az olur. Bir neçə gündən sonra ağrı keçir, şişkinlik isə qalır. Təəssüf ki, xalazion təkrarlana bilər və ya başqa nahiyədə yenisi əmələ gələ bilər.

Xalazion göz qapağının şişməsi ilə başlayır. Müayinə zamanı kiçik düyün görmək mümkündür. Diaqnozun alətlər vasitəsilə dəqiqləşdirilməsi tələb olunmur: problemi zahiri müayinə zamanı müşahidə etmək mümkündür.

Xalazionu yarandığı ilkin mərhələdə müalicə etmək mümkündür. Amma ağırlaşmış formada cərrahi müdaxilə tələb olunur.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş insanlarda (adətən uşaqlarda) və ya badamcıqların, burunun əlavə boşluqlarının iltihabı, diş xəstəlikləri, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verə bilər.

Xalazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir – soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, gigiyena qaydalarına tam riayət edilməməsi və s.

Xalazion tez-tez əmələ gəlirsə, immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kompleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qidalanmaq lazımdır.

Arpacıq (itdirsəyi) əl, dəsmal və ya hovuz kimi yoluxmuş mühitdən mikrob keçməsi ilə yarana bilər. Vacib səbəblərdən biri kirpik dibinin iltihabıdır. Allergik zəmini olan uşaqlar yaxından izlənməlidir. Əlamətləri göz qapaqlarında şişlik və ağrı ola bilər.

Unutmayaq ki, bütün xəstəliklərin uğurlu müalicəsinin ən vacib şərtlərindən biri erkən müayinə və dəqiq diaqnozdur.

Əlaqəli xidmətPterigium və göz qapağıPterigiumun çıxarılması, xalazion və göz qapaqlarında müxtəlif cərrahi əməliyyatlar.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç