+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Göz qapağı və pterigium

Pterigium (gözə ət gəlməsi): səbəbləri və müalicəsi

Pterigiumun səbəbləri, görməyə təsiri, autograft metodu ilə cərrahi müalicədə təkrarlanma riskinin azalması və gün eynəyinin qoruyucu rolu.

Günəş işığında göz və kirpiklər

Quru, günəşli hava, uzun müddət ultrabənövşəyi şüalara məruz qalma, həmçinin tozla daim təmas gözdə pterigium – el arasında “gözə ət gəlməsi” adlanan xəstəliyi yaradır. Pterigium gözün ağ hissəsindəki konyunktivanın qalınlaşması və buynuz qişanın üzərinə doğru irəliləyərək böyüməsidir.

Pterigium böyüdükcə gözdə batma, qızartı kimi narahatlıq verir, görmədə bulanıqlıq və astiqmatizm yaradır. Göz bəbəyini örtdükdə isə görməni tamamilə əngəlləyir.

El arasında pterigiuma “qanadvari pərdə” də deyilir. Bu, gözün səthi təbəqəsi olan konyunktivanın rəngli təbəqəni örtən şəffaf buynuz qişa üzərinə irəliləməsidir. Gün şüaları, isti və quru hava xəstəliyin aqressiv inkişafına təkan verir. Batma, qum hissiyatı, qızartı, yanma kimi əlamətlər olur. Müalicəsi cərrahidir. Autograft metodu ilə cərrahi müalicə zamanı yenidən əmələ gəlmə riski çox aşağıdır. Digər metodla isə yenidən əmələ gəlmə riski yüksəkdir.

Gün eynəyi istifadə etməklə gözünüzü bir çox xəstəliklərdən qorumuş olursunuz.

Əlaqəli xidmətPterigium və göz qapağıPterigiumun çıxarılması, xalazion və göz qapaqlarında müxtəlif cərrahi əməliyyatlar.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç