Uşaqlarda astiqmatizm geniş yayılmışdır. Məktəblilərin 6%-də astiqmatizmin güclü, 40%-də isə zəif forması müşahidə olunur. Bu patologiya uşaqlarda narahatlığa, baş ağrılarına və ən əsası məktəblinin dərslərdən geri qalmasına səbəb olur, miopiyanın (yaxından görmənin) inkişafına da gətirib çıxara bilər. Buna görə bu və görmədə problem yarada bilən digər patologiya və xəstəlikləri vaxtında aşkarlamaq, düzgün müalicə və eynək təyin etmək lazımdır.
Simptomları:
- Dərs edərkən baş ağrıları
- Baş gicəllənməsi
- Uşaqların oxumağı və yazmağı sevməməsi
- Şəkillərə diqqətlə baxmaqdan yayınması
Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



