+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Qlaukoma

Qlaukomanın ilkin əlamətləri: səssiz görmə oğrusu

Qlaukomanın niyə “səssiz görmə oğrusu” adlandığı, hansı əlamətlərin ilkin siqnal ola biləcəyi və kəskin təzyiq artımının özünü necə göstərdiyi.

Gözün yan görünüşü

Göz təzyiqi (qlaukoma) adətən ilkin mərhələlərdə tamamilə ağrısız və hiss olunmadan inkişaf edir. Məhz buna görə də tibbdə ona “səssiz görmə oğrusu” deyilir.

Bilməli olduğunuz vacib məqamlar:

Hiss olunmur: Göz daxili təzyiq yüksəldikdə əksər halda heç bir ağrı və ya narahatlıq yaratmır, lakin görmə sinirinə tədricən zərər vurur.

Kəskin artım halları: Təzyiq çox kəskin yüksələrsə, gözdə şiddətli ağrı, başa vuran ağrılar, ürəkbulanma və görmənin dumanlanması müşahidə oluna bilər.

Erkən diaqnostika: Zədələnmiş görmə sinirini bərpa etmək mümkün deyil, lakin vaxtında aparılan profilaktik müayinə ilə prosesi dayandırmaq mümkündür.

İldə 1 dəfə göz təzyiqini ölçdürmək görmənizi qorumağın ən sadə yoludur.

Qlaukoma illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir.

İnsan tədricən kor olma ehtimalını ağlına belə gətirmir. “Əhəmiyyətsiz” hesab etdiyi əlamətləri isə yaşı və yaxud yorğunluğu ilə izah edir.

Gəlin, xəstəliyin ilkin sayılan əlamətlərinə diqqət yetirək:

  • Gözdə ağırlıq hissi, sancı, “təzyiqdən şişmə” hissi;
  • Oxuma və ya seyr etmə zamanı tez yorulmaq;
  • Gözlərin sulanması;
  • Dumanlı görmə, göz qarşısında “tor” və ya “nöqtələr”in olması;
  • Hava qaralan zaman görmə zəifliyi;
  • Bəzən göz qarşısında rəngbərəng dairələrin görünməsi;
  • Qaş, alın, gicgah nahiyəsində ağrı

Unutmayın ki, bütün göz xəstəliklərinin uğurlu müalicəsinin ən vacib şərtlərindən biri, erkən müayinə və dəqiq diaqnozun təyin edilməsidir.

Əlaqəli xidmətQlaukomaGöz daxili təzyiqə nəzarət və görmə sinirinin qorunması: damcı, lazer və cərrahi müalicə.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç