Göz mürəkkəb orqan olduğu üçün, onun kiçik bir zədələnməsi belə, görmənin pisləşməsinə və korluğa səbəb ola bilər. Göz travmaları zamanı ilk növbədə onun optik aparatı (buynuz qişa, büllur və şüşəyəbənzər cisim) zədələnir. Daha ağır hallarda torlu qişa, görmə siniri zədələnə bilər ki, bu isə korluğa səbəb ola bilər.
İstənilən göz travması zamanı təcili göz həkiminə müraciət etmək lazımdır. Bu zaman oftalmoloq bir çox müayinələrlə zədənin xarakterini aydınlaşdırıb müvafiq müalicəyə başlayacaqdır.
Hifema gözün ön kamerasına qansızmadır. Hifeması olan xəstə normaldan daha bulanıq görür. Hifemanın yaranma səbəbləri fərqlidir. Bunlardan ən yayğını gözün zədələnməsidir, məsələn, gözün iç hissəsinə zədələyici bir cismin batması. Hifemanın digər yaranma səbəbi də iltihabdır.
Əlaqəli xidmətGöz travmalarıGöz almasının zədələnmələrinin cərrahi bərpası, kimyəvi yanıq və yad cisimdə ilk yardım.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



