Daltonizm — göz xəstəliyidir. Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir.
Daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.
Bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Daltonik kişinin qızı adətən daltonik olmur, lakin xəstəliyin genini özündə daşıyır və gələcəkdə onun oğlu daltonik ola bilər.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



